Şəfəqə Doğru » Gündəm » Azərbaycanlı qızın cansız bədəni aşkar edilib

Azərbaycanlı qızın cansız bədəni aşkar edilib

Azərbaycanlı qızın cansız bədəni aşkar edilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb.

Yerli mediaya istinadən xəbərdə bildirilir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar məskunlaşdıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.

Onun həyatına qəsd etməsi ehtimal olunur.