Şəfəqə Doğru » Gündəm » 490 ton buğda Ermənistana çatdırılacaq - Azərbaycandan keçməklə

490 ton buğda Ermənistana çatdırılacaq - Azərbaycandan keçməklə

490 ton buğda  Ermənistana çatdırılacaq - Azərbaycandan keçməklə

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

 Report-a istinadən bildirilir  ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.