Almaniyada dörd milyondan çox qaçqın və məcburi köçkün yaşayır.
Bu barədə məlumatı 20 iyun - Ümumdünya Qaçqınlar Günü ərəfəsində Almaniya Federal Statistika İdarəsi açıqlayıb.
Statistik göstəricilərdə İkinci Dünya müharibəsi dövrü və müharibədən sonrakı 1950-ci ilə qədərki müddətdə məcburi köçkün düşmüş şəxslər də nəzərə alınıb. Həmin şəxslərin ümumi sayı təxminən 713 min nəfər təşkil edir.
Qeyd edilib ki, 1950-2025-ci illər ərzində Almaniyaya sığınacaq axtarışı və məcburi köç səbəbindən təxminən 3.3 milyon insan gəlib. Bu şəxslərin 25 faizi (832 min nəfər) Ukrayna, 22 faizi (732 min nəfər) isə Suriya vətəndaşlarıdır. Digər iri köçkün qrupları isə əfqanlar (316 min), İraq vətəndaşları (186 min), türklər (146 min), polyaklar (120 min) və iranlılardır (117 min) // oxu.az
