Şəfəqə Doğru » Gündəm » "ARKOZ" Sement Zavodunda işçilərin maaşı gecikdirilir ? İDDİA

"ARKOZ" Sement Zavodunda işçilərin maaşı gecikdirilir ? İDDİA

"ARKOZ"  Sement Zavodunda işçilərin maaşı gecikdirilir ? İDDİA

Əvvəllər "Akkord Sement Zavodu" adı ilə fəaliyyət göstərən, hazırda isə "Arkoz Qazax Sement Zavodu" MMC kimi fəaliyyətini davam etdirən müəssisədə səhmdarların və rəhbərliyin dəyişməsindən sonra işçilər arasında əməkhaqlarının vaxtında ödənilməsi və idarəetmədə müsbət dəyişikliklərin olacağına dair gözləntilər yaranmışdı.

Müəssisəyə rəsmi olaraq Murat Çağlayanın rəhbərlik etdiyi bildirilsə də, əldə etdiyimiz məlumata görə, idarəetmədə əsas qərarların "ARKOZ Holdinq"n rəhbəri Emin Uçar tərəfindən verildiyi, onun səlahiyyətlərinin bir hissəsinin isə oğlu Mücait Ucar tərəfindən həyata keçirildiyi iddia olunur. Emin Uçar əvvəllər “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub. “Gəmiqaya Holdinq” isə vaxtilə Naxçıvan MR-nin sabiq sədri Vasif Talıbova məxsus olub.

Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, zavodun bəzi bölmələrində çalışan işçilərin əməkhaqları daxili qərarlar əsasında süni şəkildə gecikdirilir. Bildirilir ki, bu gecikmələrdən narazılıq edən bəzi əməkdaşlar işdən uzaqlaşdırılır, onların yerinə isə qeyri-rəsmi ödəniş müqabilində yeni işçilərin işə qəbul edildiyi iddia olunur. Bu iddiaların doğruluğu müvafiq dövlət qurumları tərəfindən araşdırılmalıdır.

Mənbələrimiz hesab edir ki, bu proseslərdən müəssisənin bəzi rəhbər şəxslərinin məlumatlı olması mümkündür. Həmin iddialara münasibət almaq üçün adı çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, səylərimiz nəticəsiz qalmaqdadır.

Bundan başqa, redaksiyamıza daxil olan digər məlumatlarda dövlət sifarişi əsasında həyata keçirilən bəzi layihələrdə mümkün nöqsanlar və vəsaitlərin səmərəsiz xərclənməsi ilə bağlı iddialar da yer alır. Bu məlumatlar da rəsmi araşdırma tələb edir.

Məqsədimiz hər hansı şəxs və ya müəssisəni ittiham etmək deyil. Jurnalistikanın əsas prinsiplərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, daxil olan məlumatları araşdırır, bütün tərəflərin mövqeyini işıqlandırmağa çalışırıq. Adları çəkilən şəxslər və müəssisə rəhbərliyi mövqelərini bildirmək istədikləri təqdirdə, həmin açıqlamaları olduğu kimi dərc etməyə hazırıq.

şəfəqədoğru.com