Möhtərəm Prezident İlham Əliyev cənablarının regionlarda zavod, fabrik, sənaye parklarının salınmasında əsas məqsədlərindən biri o bölgələrin iqtisadi inkişafıdır. Bundan başqa insanlar iş yerləri ilə təmin olunduqları üçün böyük şəhərlərə köçmürlər. Həmin bölgələrdə yaşayan fermerlər, sahibkarlar istehsal etdikləri məhsullarını bu müəssisələrə satmaqla həm işlərini davam etdirirlər, həm də işsizliyin sayını azaldırlar.
Çox təəssüf ki, Arkoz Qazax Sement zavodu Mücait Uçar adına bir qrup şəxslər tərəfindən idarə olunur. Heç bir dövlət siyasəti nəzərə alınmır, müqavilə əsasında qarşılıqlı ticarət edən sahibkarlar əsassız yerə incidilir. Beləki, əvvəldən zavod standartları ilə işləyən sahibkarların ya müqavilələri pozulur, ya da alacaqlarını uzun müddətdir ala bilmədikləri üçün borcdan müflis olurlar. Bunu qəsdən edən qruplaşma (satınalma, dağ-mədən, təhlükəsizlik, kadrlar və hələdə ciddi sirr olaraq vəzifəsinin gizlədildiyi Nahid Salehov) alacaqlılardan ödəniş müqabilində pulun bir hissəsini özləri üçün tələb edirlər. Razılaşmayanlara " büdcədə olan kimi ödəniləcək " deyə ödəmədən boyun qaçırırlar. İşin maraqlı tərəfi, kənd təsərrüfatı məhsulları da daxil olmaqla digər ərzaq məhsullarının Qəbələ rayonundan gətirilməsidir. Bunun başlıca səbəbi Nahid Salehovun əslən Qəbələ rayonundan olması və oradakı qaranlıq əməliyyatların burada görülməməsidir. Nəzərə alsaq ki, bu məhsulların hamısı Qazax rayonunda var və uzaq yol gəlmədiyi üçün keyfiyyəti normal olur. Mənbələrimizdən aldığımız məlumata görə Nahid Salehov bir neçə sahə üzrə yaradılmış podrat şirkətləri tərəfindən maliyyə fırıldaqları edir. Bunu qorxmadan etdiklərinə və qanun pozuntusunu ciddiyə almadıqlarına görə yəqinki hüquqşunaslarının məsləhəti ilə qanunlarımızda ciddi cinayət sayılmayan, yüngül cəsazı olan yollarla edirlər. Bu "gedin nə istəyirsiniz edin" demələrindən anlaşılır. Bu şəxşlər "balıq başdan xarab olar" misalını əsas tutaraq "Emin Uçarla, Mücait Uçara neynədilər ki bizə də nə etsinlər" prinsipi ilə talamalarına davam edirlər. Qaranlıq yolla qazandıqları pulların məbləğlərini luks həyatlarından və bəzi pis vərdişlərə xərcləmələrindən hesab etmək olur. Bu onlar haqda olan məlumatların başlanğıcıdır. Hər birinin ayrılıqda Nahid Salehovla birgə qanundan kənar əməli olduğuna dair iddialar var. Hal-hazırda redaksiyamız bu iddiaları araşdırır və dəqiqləşdirməyə çalışır. İnanırıq ki, yüzlərlə işçisi olan bu strateji zavodun aqibəti də Naxçıvan duz zavodunun aqibəti kimi olmayacaq.