"Report"a istinadla xəbərdə bildirilir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 80%-i Fondun (dövlət) xətti, 20%-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.
"Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15.2%-dir", - deyə Fond rəsmisi əlavə edib.
Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra - 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib.
"İpoteka kreditlərini alanlarda 18-29 yaş qrupunun payı 33%, 29-35 yaş qrupunun payı 34%, 35 yaşdan yuxarı şəxslərin payı isə 33% təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23% təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67%-i evli, 33%-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib. 2020-2026-cı illər ərzində Fondun təqdim etdiyi alətlər hesabına faydalananların orta illik sayı 7 300-dən çox olub", - deyə o əlavə edib.
