Şəfəqə Doğru » Gündəm » Bakı-Tbilisi qatarı 2 saatlıq gecikmə ilə mənzilə çatıb

Bakı-Tbilisi qatarı 2 saatlıq gecikmə ilə mənzilə çatıb

Bakı-Tbilisi qatarı  2 saatlıq gecikmə ilə mənzilə çatıb

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

ADY-dən verilən məlumata görə, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.