Bu gün İranın xarici işlər naziri Abbas Arakçı ilə Körfəzdəki vəziyyət, eləcə də Rusiyanın son günlərdə Ukraynaya qarşı daha da şiddətləndirdiyi müharibəsi barədə telefonla danışdım.
Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb.
“Körfəzdə döyüşlərdən imtina vasitəçilərə diplomatiyaya qayıtmaq və tammiqyaslı müharibənin qarşısını almaq üçün vaxt qazandıra bilər. Tehranda fransız diplomatlarına qarşı təcavüzün qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. Bütün AB dövlətləri bu hərəkətləri pisləyib.
Gərginliyi azaltmaq üçün Ukrayna xarici işlər naziri Andrey Sibiqanın Arakçı ilə danışması ürəkaçandır. Mən bu səyləri dəstəkləməyə hazıram.
İrana Rusiyaya hərbi dəstəyini dayandırmaq çağırışımı təkrarladım. Moskva Ukraynada getdikcə daha çox mülki şəxsi öldürür və aldığı hər hansı təchizat daha çox mülki şəxsin öldürülməsinə kömək edir. Ukraynanın özünü müdafiə etmək hüququ var”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər ölüb, 2 nəfər yaralanıb.
