Şəfəqə Doğru » Gündəm » Samir Şərifova yeni vəzifə verilib-Komissiya sədri

Samir Şərifova yeni vəzifə verilib-Komissiya sədri

Samir Şərifova yeni vəzifə verilib-Komissiya sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar qəbul olunub.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək.

Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək // axar.az