Qoç - bu gün birlikdə çalışmalı olduğunuz insanları bəyənməsəniz də, onlarda rəğbət hissi yaradırsınız. Həmin insanlar arasında sizə az sonra sadiq müttəfiq və ya dosta çevriləcək şəxs var.
Buğa - dövlət qurumlarına yollanmaq, hakimiyyət mənsubları və ya məmurlarla danışmaq olar: əsas məsələ probleminizin həllinə nail olun.
Əkizlər - yaxınlarınıza ifrat dərəcədə yüksək tələbatla yanaşmayın. Əzizlərinizin bəzi nöqsanlarına güzəştlə yanaşın. Əks halda münasibətlər yetərincə gərgin olacaq. Yaşlı qohumlarla münaqişə ola bilər.
Xərçəng - ən uğurlu gün deyil. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Sizin üçün nə isə edə biləcək insanları anlamağa çalışın
Şir - müstəqil fəaliyyət məhsuldar olmayacaq. Ən sadə problemlərin həlli çox vaxt alır. Maliyyə itkiləri ola bilər. Anlaşmalar və sövdələşmələr, alış-veriş uğursuz olacaq.
Qız - günün ilk yarısında maksimal dərəcədə effektiv istifadə edin. Bir sıra layihələrdə irəliləyişə imkan verən gündür. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri zəifləyəcək.
Tərəzi - işlər gözlənildiyi kimi parlaq olmayacaq. Əhvalınız korlana bilər. Günün ikinci yarısına mühüm görüş və ya danışıqlar təyin etməyin. Onlar məhsuldar olmayacaqlar.
Əqrəb - dostlar və ailə üzvləriniz sizə tam dəstək verirlər. İstənilən şərtlərdə, bütün situasiyalarda onlar sizin yanınızdadırlar. Romantik ünsiyyət, sevdiyiniz insanla təmaslar üçün əlverişli zamandır. Küsülü olduğunuz insanla barışa bilərsiniz.
Oxatan - təxribatlara uymayın. Yalnız öz maraqlarını düşünən adamın manipulyasiyalarının hədəfinə, ipi dartılan kuklaya çevrilməyin. Xoşagəlməz xəbər ala bilərsiniz.
Oğlaq - yeni işlərə başlamaq məsləhət deyil. Bu gün layihələri başa çatdırmaq asan deyil. Günün ikinci yarısında işdə rəhbərliklə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər. Yeni iş yeri axtarışlarının başlanması istisna deyil.
Dolça - uğursuz emosional fonu olan gündür. Səbirsiz, sinirli, qıcıqlı olmayın. Sizi hər işdə dəstəkləməyə hazır insanlarla münaqişə etməyin, onların könlünə dəyməyin.
Balıqlar - intellektual fəaliyyətlə məşğul olmaq, yaradıcı yanaşma tələb edən məsələləri həll etmək məsləhət deyil. Bir zamanlar effektiv olmuş metodlardan yararlanmağa can atırsınız. Amma situasiyanın dəyişdiyini unutmayın. İmiclə eksperiment aparmayın.