Qoç - əlverişli gün deyil. Emosional fon mürəkkəbdir. Qıcıqlı, hirsli, emosional olmayın. Hisslərin təsiri altına düşərək sonradan peşman olacağınız addım atmayın.
Buğa - maliyyə məsələlərinin həlli, hətta planlaşdırılmış alış-veriş üçün uğurlu zaman sayılmaz. Əvvəlcədən hazırlanmış plana riayət etmək çətindir. İmprovizələr sizi sinirləndirə bilər.
Əkizlər - yaxınlarınızla dil tapın. Yaşlı qohumlarınızı incitməyin. Kimsəni tənqid etməyin, sərt və aqressiv olmayın.
Xərçəng - birgə işgüzar maraqlarınızın olduğu insanlarla görüş üçün əlverişli zamandır. Peşəkar və ya kommersiya fəaliyyətini müzakirə etmək olar.
Şir - dostlarla təmaslar və ya romantik münasibətlərin perspektivi yoxdur. Rəğbət bəslədiyiniz insanlarla belə, dil tapmaq çətinləşir.
Qız - maliyyə məsələləri, ailə büdcəsi ilə bağlı problemləri həll etməyin. Mebel, məişət texnikası almaq, səfər planlaşdırmaq üçün əlverişli zaman deyil. Axşam saatlarına yaxın halsızlıq, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun.
Tərəzi - səbrli və təmkinli olun. Ən xırda məsələyə görə hirslənməyin. Sonradan sizdə təəssüf hissi yaradacaq tələsik qərarlar verməyin
Əqrəb - ev və ya ofis üçün mürəkkəb texnika almaq olar. İşgüzar səfər yaxşı nəticə verəcək. Əyləncə isə gözlədiyiniz təəssüratı yaratmayacaq.
Oxatan - tərəfdaşla işgüzar danışıqlar üçün əlverişli zamandır. Günün ikinci yarısında ağır işin öhdəsindən gəlmək üçün etibar etdiyiniz insandan yardım istəyə bilərsiniz.
Oğlaq - intuisiyanız çox güclüdür. Məhz onun sayəsində dürüst qərarlar qəbul edin. Yolunuzdan sapmayın, məqsədə doğru qətiyyətlə irəliləyin. Əməl və qərarlarınız yaxın ətrafınızdakı insanlara ekstravaqant, qəribə, orijinal təsir bağışlasa da, istiqaməti dəyişməyin.
Dolça - alış-veriş, anlaşma, sövdələşmə, müqavilələr üçün əlverişli zamandır. Gəlir istisna deyil. Axşam saatlarını istirahətə həsr edin.
Balıqlar - hadisələrin sizə əlverişli olmayan məcrada inkişafı üçün "təkan”lardan qorunun. Günün ikinci yarısında baş verənlərə rəğmən bədbin olmayın, ruhdan düşməyin. Kiçik qələbələrə sevinməyi bacarın.