Ağstafa rayonunda qatar gənc oğlanı vurub.
Hadisə Ağstafa şəhərində qeydə alınıb.
Rayon sakini, 1997-ci il təvəllüdlü Tamerlan Cəfərov dəmir yol xəttini keçən zaman qatar onu vurub.
Xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən T. Cəfərovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.