Şəfəqə Doğru » Gündəm » GÜNÜN QOROSKOPU: İŞİNİZİ UNUTMAYIN

GÜNÜN QOROSKOPU: İŞİNİZİ UNUTMAYIN

GÜNÜN QOROSKOPU: İŞİNİZİ UNUTMAYIN

Qoç - bu gün başladığınız istənilən işi müvəfəqiyyətlə başa vura bilərsiniz. Hadisələrin mərkəzində olmağa çalışın. İşdə danışıqlar, görüşlər, müzakirələr keçirmək olar. Yaxın perspektivə olan planları müzakirə edin.

Buğa - alış-verişdə simiclik etməyin. Axşam saatlarında dostları qonaq çağırmaq, ya da gəzintiyə çıxmaq olar. Yaradıcı enerji və praktiki yanaşma sizi razı salacaq, ətrafdakı insanlardan pozitiv dəyərləndirmə ala biləcək nəticələrə səbəb ola bilər.

Əkizlər - fiziki iş və aktiv istirahət faydalıdır. İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün. Baş verənlərə böyük məsuliyyətlə yanaşın. Qarşınızda böyük perspektivlər yarana bilər. Eyni zamanda, diqqətsiz və laqeyd olsanız, imkanları əldən verəcəksiniz.

Xərçəng - qəfil dəyişikliklər və yeni informasiya perspektivlərinizlə bağlı fikrinizin dəyişməsinə səbəb ola bilər. Uğur mümkündür. İndi sizdən asılı olmayan hadisələr və şəraitdən öz xeyrinizə necə yararlanmağın yollarını düşünmək gərəkdir.

Şir - şəxsi həyat və işgüzar fəaliyyətlə bağlı məsələlər aktiv iştirak, ciddi diqqət tələb edir. Gözlənilməz qərar qəbul etməyiniz istisna deyil.

Qız - prioritetləri dəqiq müəyyənləşdirin və fəaliyyətinizi müəyyən mövzularla məhdudlaşdırın. Hər yerdə və hər işdə olmağa çalışmayın. Ay və Yerin münasibətləri praktiki fəaliyyəti qaçılmaz edir.

Tərəzi - nəyəsə tələsik, sürətlə nail olmaq istəyərkən mümkün sonucları da unutmayın. Axşam saatlarını evdə keçirmək pis olmazdı.  Yaşananları sürələ təhlil etmək istəsəniz də, alınmayacaq. Hissiyatınıza güvənin, mühüm anlaşmanı və ya verdiyiniz vədi pozmayın.

Əqrəb - ünsiyyət, aktiv istirahət və yaradıcı fəaliyyət pis olmaz. Yaşamdakı fərqlər sizi sevindirə bilər. Sizə maraqlı olan insanlarla görüşmək üçün səbəb arayın.

Oxatan - işdə orijinal tapıntılar, problemin həllinə yaradıcı yanaşmaya ehtiyac var. Günün bir hissəsini evdəki problemlərin həllinə sərf edin.

Oğlaq - yaxın günlərdə aktual olacaq mövzuya bu günün hadisələri aydınlıq gətirəcək və fəaliyyət üçün əlverişli zəmin yaradacaq. Qüvvənizi yönəltmək üçün yeni istiqamət yaranır. Eşitdiklərinizə diqqət yetirin, həmsöhbətin dediklərini qulaqardına vurmayın.

Dolça - pozitiv təmayüllər günüdür. Hissiyatınıza inanın, gəlir imkanını əldən verməyin və eqoist istəklərinizdən çəkinməyin. Mühüm görüş, münasibətlər və işgüzar əlaqənin bərpası mümkündür.

Balıqlar - ailə dəyərləri önəm kəsb edəcək. Münasibətlərdə diqqətli olun, qayğı və yardımınızı əsirgəməyin. İşinizi unutmayın. Axşam saatlarını dörd divar arasında keçirməyin.