Türkiyə Maarif Vəqfinin icraçı direktoru Cem Zorlu bildirib ki, 50 ölkədə, o cümlədən Azərbaycanda FETÖ ilə əlaqəsi olan məktəblərin vəqfə transfer edilməsi və təhvil-təslim işləri üçün danışıqlar gedir.
Cem Zorlunun sözlərinə görə, bu məktəblərdə təhvil-təslim işləri bitdikdən sonra həmin müəssisələrdə yeni tədris planı tətbiq olunacaq.
AzVision.az bu iddiaya aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirliyindən əməkdaşımıza bildirilib ki, bu haqda onlara heç bir informasiya daxil olmayıb.
"Ola bilər bu haqda kimlərsə açıqlamalar və ya müsahibələr versin. Amma bizə bu barədə heç bir informasiya daxil olmayıb. Əgər nəsə olarsa, məlumat veriləcək”,-deyə məlumatda qeyd olunub