Qoç - gərginliyin hiss olunduğu yerlərdə təmkinli davranın. Sonradan iş və ya şəxsi münasibətlər müstəvilərində ümumi maraqlarınızın ola biləcəyi insanla tanış olacaqsınız
Buğa - hansısa yeni mövzuya başlamaq, ya da köhnəlmiş məsələni keçmişə yollamaq üçün əlverişli vaxtdır. Çoxsaylı işlər arasında pərişan qalmayın, "qızıl orta”nı seçin. Qərar qəfil olsa da, narahat olmayın. Sizə bu gərəkdir.
Əkizlər - Yupiter və Merkurinin münasibətləri gördüyünüz işə maksimum diqqətlə yanaşmağınızı tələb edir. Yaxın ətrafınızdakı insanlara anladın ki, bu gün sizə mane olmaq məsləhət deyil.
Xərçəng - mühüm məlumat almağınız və ya faydalı ideyaların mənbəyi olmağınız istisna deyil. İşgüzar tərəfdaşlıqda müsbət dəyişikliklər, problemlərin uğurlu həlli, suallara gözlənilən cavablar ola bilər.
Şir - ciddi məsələnin müzakirə olunduğu toplantıda şərtlər sizə uyğun olar. Həyatınıza köklü və sərt dəyişikliklər etməyin.
Qız - hər şeyi indi tələsmədən görmək, xəbərləri dəyərləndirmək, olayları insanların reaksiyalarını gözləyərək dəyərləndirmək gərəkdir. İntuisiyanız güclənəcək. Mühüm nəsnələr və hadisələrin mahiyyətini anlayın, dəyişiklikləri əvvəlcədən hiss edin.
Tərəzi - Mikemake və Marsın münasibətləri mühüm məsələlərdə diqqətli olmağı, strateji istiqamətlərin seçilməsini məsləhət görür. Böyük ümidləri doğrulda bilərsiniz, amma bunun üçün şəxsi maraqlar dairəsini məhdudlaşdırmalı olacaqsınız.
Əqrəb - aktual problemin həlli və ya cari işlərin görülməsi ilə bağlı faydalı ideyalar ola bilər. Bilik və bacarıqlarınızı artırın, iş yerində nizam yaradın.
Oxatan - karyeranız və perspektivləriniz barədə düşünmək üçün əlverişli gündür. Ancaq ən sərfəli təkliflər belə, vaxtından əvvəl səslənə bilər. Axşam saatlarını evdə keçirməyin, maraqlı yerdə əylənin.
Oğlaq - Amalteya və Veneranın münasibətləri bu gün alınacaq işarələrlə nişanələrə ciddi yanaşmağı tələb edir. Mühüm situasiyada yeni nüansları sezə bilərsiniz.
Dolça - həmin nüanslar davranış istiqamətini müəyyənləşdirmək, prioritetləri seçmək üçün vacibdir. Özünüzü hamıdan üstün saymayın, başqasının hissləri ilə oynamayın.
Balıqlar - indi baş verənlər əvvəllər yaşanmış hadisələrdən birinin əks-sədası, ötənlərdən gələn bumeranqdır. Müdrik olun, tələsməyin. Faydalı ola biləcək məlumat arayın, çalışdığınız işi başa vurun.