Şəfəqə Doğru » Gündəm » Qazax Meşə Mühafizəsi yoxsa maldarlıq təsərüfatı .

Qazax Meşə Mühafizəsi yoxsa maldarlıq təsərüfatı .

Qazax Meşə Mühafizəsi yoxsa maldarlıq təsərüfatı .

             

Dünya  alimləri qlaballaşma ilə bağlı baş sındırsada sözü gedən məsissənin direktoru Aqil Heydarov Ekalogiya və Təbii sərvətlər naziri Hüseyinqulu  Bağırovu şərləməklə işini bitmiş hesab edir. Direktor bəyan edir ki, kənarlarında salınmış və salınan yaşıllıqlar nazirin "ştil”biznesidir.Ona görə də, təbii meşələr unudulur.Deyilənlərə inanmayaraq,lurnalist araşdırmamızı apardıq. Məlum oldu ki,Qazax meşə mühafizəsi və bərpası direktoru A.Heydərov hörmətli nazirin kölgəsində gizlənərək,təbii  meşələrin qəniminə çevrilib.

  Vəlixan, Kar qaya təbbi zolağı A.Heydərovun əsl gəlir mənbəyinə çevrilərək,maldarlıq təsərüffatını xatırladır.

  Həmin meşə zolağına nəzər yetirəndə məhv olunmuş pöhrələr az qalır ki, dil açıb  imdad diləsin .Əkmə meşəlik olan Didevan gölü ətrafı zolaqlar vaxtilə keçilməz olsa da ,indi ağacları barmaqla saymaq mümkündür.A.Heydərov vaxtilə həmin müəssisədə muavin vəzifəsində işlədiyi üçün əvvəlki maxinasiyaları  daha da genişləndirməkdədir.Belə bir atalar məsəli var: "Ustad oğlundan Şəyird olmaz”Ona görə də ,A.Heydərov az müddət şəyird olsada, qısa zamanda usta ola bilmişdir.

  Təsəvvür edin müəssisənin nəzdində olan  texnikalar digər ərazilərdə əhaliyə serviz xidməti göstərir. Sənəd üzərində görülmüş  meşə bərpa işləri sübut edir ki, direktoru yaşıllıq maraqlandırmır. Məlumdur ki,müəssisənin yanacaq limiti mövcuddur.A.Heydərov iz itirmək xatirinə lazım olan yanacağı və digər mühərrik yağlarını müəssisədən  40-50 km aralı  Şıxlı petrola "peravod " etmişdir. Belə çıxır ki,traktorlar 40-50 km yolu qət edərək, yanacaq götürüb iş başına gedir.Əslində isə, belədir. Aqil Heydərov  yanacaq limitini nəğdləşdirir. Hətta xidməti avtomobilinə yanacağı nəğd pulla  alır.

       A.Heydərov işçilərin zəhmət haqqı plastik kartlarını girov götürərək , razı olmayanları işdən çıxartmaqla hədələyir. Belə bir səriştəsiz kadrın hörmətli nazir barəsində söylədikləri   cəfəngiyyatdan başqa bir şey deyildir. A.Heydərovun nazirlikdə çalışan tələbə dostları onun nəyə qadir olduğunu bizdən daha yaxşı bilə bilər.

.       Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

                                                                                          Neymət bəy.