Şəfəqə Doğru » Gündəm » Rəcəb Babaşov ehsan adıyla yol verilən israfşılığa narazılıq bildirib.

Rəcəb Babaşov ehsan adıyla yol verilən israfşılığa narazılıq bildirib.

Rəcəb Babaşov  ehsan adıyla yol verilən israfşılığa narazılıq bildirib.

Dünən YeniFikir de portalında dərc olunmuş bir məqalə oxudum.Müəllif Rəcəb Babaşovun Qazaxda sünni-şiyə siyasəti narazılıq yaradıb başlıqlı məqalədə guya ,bir qurup Qazax sakinləri tərəfindən adı ,çəkilən portala şikayət  ünvanlayıb.

   Əvvəla onu bildirmək istəyirəm ki ,müəllifin Rəcəb Babaşova bir iradı varsa ,gerçək bir jurnalist araşdırması aparsın və rayondakı daha qlobal və daha vacib problemlərdən yazsın  ki,Qazax camaatınada bəlkə bir xeyri olsun .Çünki, belə problemlər Qazax rayonunda həddindən çoxdur.Məsələn rayondakı kənd təsərrüfatındakı suvarma sistemlərindəki çatışmamazlıqlardan ,böyük kəndlərdəki yolların  bərbad halda olmasından ,sahibkarlara nəinki,qayğısızlıqdan hətta onlara  göstərilən təzyiqlərdən və s.

   Yoxsa, ölkəmizdə bilməyən yoxdur ki,Qazax rayonunda nə radikal dini təriqətçilər ,nə də,sünni –şiyə məzhəbçiləri yoxdur.Bəlkə müəllif Rəcəb Babaşova olan qərəzindən dolayı bu məqaləni yazıb o başqa məsələ.

   Lakin ,apardığımız araşdırmalar nəticəsində R.Babaşovun bir çox yas mərasimlərində iştirak etdiyini öyrəndik.

    Son iki ildə hər  kəsə məlumdur ki,respublikamızda ərzaq,xüsusəndə ət məhsullarında hədsiz bahalaşma özünü biruzə verdi ki,bunun əsas səbəbi hüzür yerlərində həddindən ziyadə ərzaq israfşılığına yol verilməsi idi. Bunun da qarşısının alınması üçün dövlət rəhbərliyi tərəfindən bütün dini qurumlara və respublikanın bütün rayon rəhbərlərinə ciddi göstərişlər verildi ki bu da, xalq tərəfindən alqışlandı və dəstəkləndi.Təəssüflər olsun ki, zaman-zaman bəzi imkanlı insanlar yenə də, pozuçuluq edərək,üzlü –ürəkli siyaha qoyub ,pul yığmaq üçün adını ehsan qoyaraq,üzünə tutalğac ət məhsullarıda verməyə başladı.Sağlığında bir stəkan suyu atasına verməyən haramzadələr guya atası vəsiyyət etmiş deyə ,ehsan pulu yığırlar.Ölüsünün vəsiyyətinə hörmət edən qurumsaqlar ,niyə bəs ehsanı pula satırlar.Ölkədə bu gün iqtisadi gərginlik yaşanırkən ,işsiszlik baş alıb gedirkən ,devaliyasiya günü-gündən insanlarımızı çökdürürkən ,banklar kreditlərlə hər həftə bir neçə nəfəri intihara sövq edərkən,iş yerlərindəki ixtisarlar və s. Bu qədər sıxıntıları yaşayan insanlarımıza bir tərəfdən hüzr yerlərində qoyulan siyahılar ,ehsan,guya ölüsünə hörmət əlaməti olaraq,qoyulan üç,beş min manatlıq qara mərmər daşlar dirilər qarnını doyura bilməyən bir ölkədə kimə və nəyə lazımdır.

  Doğulduğum kənd respublikamızda ən böyük kəndlərdən biridir.Kiminlə görüşsən bir  dərdi var.Hüzr yerlərinə pul çatdıra bilmirik.Hərkəs boğazından kəsib hüzr yerinə saxlayır ki,ayıbdır deyərlər beş-on manata görə gəlməyib.

   Odur ki,hörmətli müəllifimizə bildirmək istəyirəm ki,yazdığınız məqalə ilə əlaqəli Qazax rayonunda apardığımız iki günlük sorğu sonucunda öyrəndik ki,icra başçısı Rəcəb Babaşov  doğurdanda bir çox hüzr yerlərində olur.Yalnız iştirak etdiyi  sonuncu hüzr yerində  gördüyü adı ehsan olan israfçılığa qarşı haqlı narazılığını işə döndükdən sonra bildirib və təkrar olunmaması üçün təğlibat aparılamasını tapşırıb.Bu da,Qazax iştimaiyyətinin  haqlı razılığına və alqışına səbəb olub.

   Onun verdiyi  tapşırığın isə heç,bir məzhəbə,  filana dəxli yoxdur.Bizim dini kitabda isə sünni-şiyə deyə, bir şey yazılmayıb.Və Qazax iştimaiyyəti tərəfindən sorğumuza bir nəfərində R.Babaşovun dilindən dini sözlər eşidilmədiyi cavablar səslənib.

 

                                                                                                      Neymət Novruzlu.