Son günlər cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, təmas xəttində yaşayan əhalini narahat etməkdədir. Ancaq cəbhədə vəziyyətin pisləşməsi Füzuli Rayon icra Başçısı Alı Alıyevi heç də narahat etmir. Çünki...
Tərəfdar.az Füzuli Rayon İcra başçısı Alı Alıyev haqda media üzərində araşdırma apardı. Araşdırma nəticəsində məlum oldu ki, Alı Alıyev təmas xəttinə yaxın bir ərazidə əkin biznesi ilə məşğul olur.
Beləki, Alı Alıyevin dövlət büdcəsindən subsidiya qaydasında ayrılan milionlarla pulu mənimsəyərək, həmin pullarla Haramı Düzü adlanan nəzarətsiz torpaqlarda 1000 ha torpaq sahəsini gizli şəkildə əkməklə şəxsi gəlrlərini artırır. Saytlarda digər önəmli məlumat ondan ibarətdir ki, Füzuli rayon ərazisində təmas xəttində düşmənlə az məsafədə Alı Alıyevin günü - gündən çiçəklənən biznesi üçün işləyən texnikasına erməni bir güllə də belə atmır. (azerinews.tv)
Aşağıdakı fotolardan da yazılanlar təsdiqini tapır.
Tərəfdar.az media üzərindən verdiyi məlumata görə, Alı Alıyevin özünün və yaxın qohumlarının rayonda qurduğu biznes imperiyası son günlər ölkə gündəminin müzakirə mövzusuna çevrilib.
Alı Alıyevin öz istəklərini Bağır Aslanov və Süleyman Əliyevin xüsusi "peşəkarlığı” sayəsində reallaşdıra bilib.Məlumatda deyilir ki, bu maxinasiyaların həyata keçirildiyi haqda dövlət başçısına məruzə olunub. Cəbhənin belə həsass zamanda, bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgənin icra hakimiyyəti isə öz "işğalçılıq” siyasətini davam etdirir. İcra başçısı və müavinlərinin tenderlərdə, büdcədən ayrılan pulların xərclənməsində yol verdiyi mənimsəmələr ölkə başçısına xəbər edilib.
Xatırladaq ki, icra başçısı özünə məxsus 4000 baş xırda buynuzlu, 1000 başlı iribuynuzlu heyvanlarını Horadiz qəsəbəsinin yaxınlığındakı Bulğa Dərəsi deyilən əraziyə yerləşdirib. Alı Alıyev cəbhə xəttində vəziyyətin gərginləşdiyini görərək, öz heyvanlarını Fin şəhərciyi deyilən əraziyə yerləşdirmişdi. Həmin vaxt əhali icra baçısının belə addım atdığını görərək, baş verənlərdən bərk qorxuya düşüblər. Tərəfdar.az xəbər verir ki, politika.az yazıb ki, Alıyev öz fermasını cəbhə xəttindən xeyli uzaq əraziyə daşıyır.
Maraqdıdır ki, dəfələrlə şəhid ailələri və kasıb insanlar icra başçısının qəbuluna gələrək, ona niyə bu qədər heyvandan yoxsul ailələrə və ya imkansızlara, o cümlədən əsgərlərə hər hansı pay vermədiyini soruşublar. Hətta bununla bağlı rəsmi qurumlara da müraciət ediblər.