"Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır”.
Shafaqadogru.com xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.
Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır”.
09:35
Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.
Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.