Yenidən qurulan Ağstafa-Köçəsgər avtomobil yoluna asfalt örtüyü çəkilir.
Shafaqadogru.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 13 km olan Ağstafa – Köçəsgər və həmin kəndləri Qırılı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 km olan Eynallı - Qırılı yolu yenidən qurulur. 2017-ci ilin cari ayında başlanmış Ağstafa-Köçəsgər avtomobil yoluna yeni asfalt örtüyünün salınması məqsədi ilə aparılan hazırlıq işləri tamamilə başa çatdırılmış, hazırda asfalt örtüyünün salınmasına başlanılmışdır. Müvafiq olaraq layihəyə daxil edilmiş Eynallı-Qırılı avtomobil yoluna asfalt örtüyünün qoyulması istiqamətində hazırlıq işləri davam etdirilir.
Məlum olduğu kimi aprel ayından da növbəti kəndlərin, Qaçaq Kərəm Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə əlaqələndirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yolunun yenidən tikintisinə başlanacaqdır.
Hazırda yolların bərpası işi davam etdirilir.