Şəfəqə Doğru » Gündəm » Arvadını kirayənişinlə tutdu, kirayənişin başını kəsdi - Yenilənib

Arvadını kirayənişinlə tutdu, kirayənişin başını kəsdi - Yenilənib

Arvadını kirayənişinlə tutdu, kirayənişin başını kəsdi - Yenilənib

Bakıda ötən gün törədilən qətlin təfərrüatı məlum olub

 


Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
 
İlkin araşdırmalarla müəyyən edilib ki, İ. Əhmədov uzun müddətdir,  F. İsmayılovun evində kirayədə yaşayıb. F. İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ. Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ. Əhmədov F. İsmayılovu bıçaqlayıb.
 
Hadisəni törədən İ. Əhmədov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
 
*****
 
Bu gecə Bakıda qətl töprədilib. Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə baş verib. 1991-ci il təəvəllüdlü İsmayilov Faiq Elzibar oğlu yaşadığı həyət evinin qapısının qarşısında bıçaqlanaraq qətlə yetirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub. Onun adının İlkin olduğu bildirilir.
 
Məlumata görə, qətl qısqanclıq zəminində törədilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.