Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan evində huşsuz halda tapılaraq xəstəxanaya yerləşdirilən müğənni İbrahim Ərkalın səhhəti ilə maraqlanıb.
Shafaqadogru.com xəbər verir ki, Ərdoğan xəstəxanaya zəng edib və həkimlərlə danışıb.
Beyinə qan sızmasından əməliyyat olunan müğənni reanimasiyadadır və yaşamağı sual altındadır. Müğənninin vəziyyətinə ciddi nəzarət olunur.
Xatırladaq ki, dünən Türkiyənin məşhur sənətçisi İbrahim Ərkal Maltəpədəki evinin avtoparkında huşsuz halda tapılaraq avtopark nəzarətçilərinin köməyi ilə xəstəxanaya çatdırılıb.