Şəfəqə Doğru » Gündəm » Ərdoğan: ““Bir kəmər-bir yol” dünyaya sülh və stabillik gətirəcək"

Ərdoğan: ““Bir kəmər-bir yol” dünyaya sülh və stabillik gətirəcək"

Ərdoğan: ““Bir kəmər-bir yol” dünyaya sülh və stabillik gətirəcək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, "Bir kəmər-bir yol” təşəbbüsü bura cəlb edilən ölkələrin inkişafına mühüm töhfə verə və həmin dövlətlərdə vətəndaşların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

 "İpək yolu” ilə əlaqədar Pekində keçirilən "Bir kəmər-bir yol” adlı beynəlxalq forumda çıxış edən Türkiyə prezidenti bildirib ki, bu layihənin dünyaya sülh və stabillik gətirəcəyinə, bu əməkdaşlıq modelinin uğurlu olacağına əmindir.

R. T. Ərdoğan deyib ki, "Bir kəmər-bir yol” təşəbbüsü qarşılıqlı fayda prinsipinə əsaslanır, regionda iqtisadi və siyasi münasibətlərdə yeni eranın başlanğıcıdır.

Qeyd edək ki, 14-15 may tarixlərində  Pekində "Bir kəmər-bir yol” beynəlxalq forumu keçirilir. Forumda 29 ölkənin prezidenti və baş naziri iştirak edir.