Şəfəqə Doğru » Gündəm » HƏBSDƏKİ OĞLUNA NARKOTİK APARAN ANA SAXLANILDI

HƏBSDƏKİ OĞLUNA NARKOTİK APARAN ANA SAXLANILDI

HƏBSDƏKİ OĞLUNA NARKOTİK APARAN ANA SAXLANILDI

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Shafaqadogru.comPenitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət Vidadi oğlu ilə qısa müddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamella Həsrət qızının üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.