Şəfəqə Doğru » Gündəm » Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

Oğurluqda şübhəli bilinən Masallı rayon sakini saxlanılıb.

 

Shafaqadogru.com  DİN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub.

 

Onun əvvəllər də məhkum olunduğu bildirilir.