Mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Shafaqadogru.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir