Şəfəqə Doğru » Gündəm » Aldığı ərzağın pulunu verə bilmədi, özünü öldürdü - Bakıda

Aldığı ərzağın pulunu verə bilmədi, özünü öldürdü - Bakıda

Aldığı ərzağın pulunu verə bilmədi, özünü öldürdü - Bakıda

Dünən Bakının Maştağa qəsəbəsində 50 yaşlı kişinin intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb

 


Lent.az-ın əldə etdiyi məlumata görə, bilək damarlarını kəsərək həyatına son qoyan Lütfəli Cabbarovun borcunun əslində o qədər də çox olmadığı üzə çıxıb. 

Məlum olub ki, tək yaşayan və xeyli müddətdir işsiz olan Maştağa sakininin evin yaxınlığındakı bir neçə ərzaq mağazasına borcu olub. Bir neçə aydır aldığı və dəyəri 600 manatı keçmiş ərzağın pulunu ödəyə bilməyəm, həm də dərin psixoloji sarsıntı keçirən şəxs sonda həyatını bitirmək qərarına gəlib.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.