Şəfəqə Doğru » Gündəm » Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar

Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar

Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

Shafaqadogru.com Report-a istinadən xəbər verir ki, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi - Altay Həsənov.

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini - Mehdi Dadaşov.

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini - Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi - Anar Ələkbərov.

Birinci vitse-prezidentin köməkçisi - Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir).

Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.