Şəfəqə Doğru » Gündəm » Qazax Sınıq Körpü Gömrük postu artıq rüşvət üçün bütün qanunları çeynəyir.

Qazax Sınıq Körpü Gömrük postu artıq rüşvət üçün bütün qanunları çeynəyir.

Qazax Sınıq Körpü Gömrük postu artıq rüşvət üçün bütün qanunları çeynəyir.

               

    Bu gün səhər Qazax rayon Qazaxbəyli kənd sakini kiçik fermer Hüseyinov Rövşən Əhməd oölu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olmuşdur.Oxucularımıza və adiyatı qurumlara onu da məqaləmizin əvvəlində xatırlatmaq istəyirik ki, Röyşən Hüseyinov  eyni məzmunda  ölkə prezidenti İ.Əliyev cənablarına və ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevaya da müraciət məktubu ünvanlamışdır.Müraciətdə bildirirlir ki, Röyşən Hüseyinov  fermer təsərrüfatı ilə məşğuldur.50-yə yaxın xırda buynuzlu və beş baş iri buynuzlu mal-qarası vardır.Bu mal qaranı yemləmək üçün ,R.Hüseynov öz  məhsullarını üyüdüb yem halına salmaq üçün ,dəyirman almışdır.Dəyirmanın ehtiyat hissələrini Gürcüstandan alıb gətirərkən,Qazax Sınıq körpü Kömrük  məntəqəsinin post rəisinin muavini soyadını dəqiqləşdirə bilmədiyimiz Rəşad adında birisi dəyirmanın ehtiyat hissələrini(70 ədəd dişlərini) açıq havaya boşaltdıraraq,bir yerə tökdürmüşdür.Qiyməti 300 azn dəyərində olan bu  ehtiyat hissələri  Rəşad müəllimin sayəsində artıq bir ay on gündür qanunsuz olaraq, saxlandığından paslanmışdır.Röyşən Hüseyinov  Rəşad müəllimin bu qanunsuz hərəkəti ilə  əlaqədar olaraq, ona yazıb verdiyi  No 1700204007816 N-li  akti da götürərək,Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi  Tovuz ərazi idarəsinin rəisi Mehman Sadıqovun qəbulunda olmuş və verilən sənədləri təqdim edərək, ona şikayətini bildirmişdir.Mehman Sadıqov isə, öz növbəsində həmin ehtiyat hissələrinin kənd təsərüfatına aid olduğuna görə,ərizənin üstünü Sınıq körpü  post rəisi  Nazim Sultanova  26.05. 2017-il tarixdə Röyşən Hüseyinova məxsus ehtiyat hissələrinin buraxılması göstərişini  vermişdir.

  Lakin bütün bunlara  rəgmən Mazim Sultanovun vəzifəsini müvvəqəti icra edən, onun müavini Vüsal Əhmədov öz kobud rəftarı ilıə özündən razı halda Röyşənə;- "əşşi nə olsun  Mehman Sadıqov yazıb ya qaytaracaqsan yada” rastamoşka” edecəksən”.

Röyşən Hüseyinov ölkə prezidentinin   2015 –ci ildə kənd təsərüfat məhsullarının "rastamoşka” olunmadıını xatırlatsada buna məhəl qoymadı və get mən nə deyirəm onu et deyərək, əlini yelləmişdir..O,gün bu gün Röyşən Hüseyinovun mal-qarası ac susuz qalararaq,yem deyə   mər –mər  mələyir .Röyşən Hüseyinov isə,  Qazax  Sınıq körpü gömrük məntəqəsi iləTovuz gömrük idarəsinin arasında get-gəldədir.Ölkə rəhbərliyinə göndərdiyi məktublardanda hələ bir xəbər yoxdur.Ümüidvarıq ki,ölkə prezidentimiz İlham əliyev cənabları,  Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev   ,kənd təssərüfat naziri  cənab Heydər Əsədov  və Qazax rayon icra başçısı cənab Rəcəb Babaşöv Röyşən Hüseryinovun başına gələnlıərdən xəbər tutduqdan sonra Rövşənin ahu-naləsinə  bir əncam çəkəcəklər. Sınıq körpü gömrük postunun rəhbərliyinə , əlalxüsus da rəisi əvəz edən Vüsal Əhmədova da, lazimi  cəza veriləcəkdir . Biz isə , düşünürük ki,Qazax  Sınıq Körpü Gömrük postu rəhbərliyinin bu hərəkətləri ölkə prezidentinin, kənd təsərrüfatı iktisadiyatı inkişafının yüksəldilməsi üçün,göstərdiyi çabaların əleyhinə bir sobatajlıqdır və onun siyasətinin üzərinə qara kölgə salmaqdır.Ən əsası isə,rüşvət üçün bütün qanunsuzluqlara yol vermələridir.Onu da qeyd edim ki ,son zamanlar Qazax Sınıq Körpü Gömrük Postunda baş  verən qanunsuzluqlar və rüşvətxorluq haqqında redaksiyamıza çoxlu sayda müraciətlər daxil olmaqdadır.

  Qarşı tərəfin  fikirlərini də, dinləməyə və dərc etməyə hazırıq.

 

                                                                                                  Neymet Novruzlu.