Şəfəqə Doğru » Gündəm » Ağstafa sakini Kürdə boğulub

Ağstafa sakini Kürdə boğulub

Ağstafa sakini Kürdə boğulub

Ağstafa rayonun sakini Kürdə boğulub.

Shafaqadogru.com  APA-ya istinadan xəbər verir ki, hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.
 
Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub.  
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.