Tovuzda 29 yaşlı qadın özünü odlu silahla öldürüb.
Hadisə rayonun Çataq kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva qarın nahiyəsinin odlu silah yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Lakin onun vəfat etdiyi məlum olub. Məlumata görə, K. Hacıyeva odlu silahla qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.