Martın 5-də Azərbaycanın xalq artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub.
Shafaqadogru/com Trend-ə istinadən bildirir ki, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə cərrahiyyə əməliyyatı Fondun dəstəyi ilə həyata keçirilib və xalq artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.
Əməliyyatdan əvvəl xalq artistinin səhhəti ilə bağlı geniş təhlillər aparılıb, azərbaycanlı mütəxəssislər və Türkiyədən dəvət olunmuş həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatına qərar verilib.
Əməliyyat ərəfəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Respublika Diaqnostika Mərkəzində Afaq Bəşirqızı ilə görüşüb və Fondun prezidenti Mehriban Əliyevanın xalq artistinin sənətinə yüksək dəyər verdiyini, onun səhhəti ilə yaxından maraqlandığını və nəzarətdə saxladığını bildirib.
Afaq Bəşirqızı əməliyyatdan sonra Respublika Diaqnostika Mərkəzində qısa reabilitasiya dövrü keçəcək.