Şəfəqə Doğru » Gündəm » PKK terrorçuları Hələbdən Afrinə gedir — İDDİA

PKK terrorçuları Hələbdən Afrinə gedir — İDDİA

PKK terrorçuları Hələbdən Afrinə gedir — İDDİA
PKK terror qruplaşmasının Suriya qolu sayılan YPG/PYD terrorçuları Hələbdə nəzarət etdikləri bəzi məhəllə və bölgələri Suriya ordusuna təhvil verərək Afrinə doğru hərəkət edirlər.

Shafaqadogru.com xəbər verir ki, Suriyanın "Əl Məsdər” kanalı bu iddianın müəllifidir. 

Kanalın iddiasına görə, YPG terrorçuları Hələbin mərkəzində nəzarətləri altında olan bəzi məhəllələri Suriya ordusuna təhvil verərək bölgədən çəkilib və Afrinə doğru hərəkət edib. İddiaya görə, bu həmlə terror qruplamasının Suriya hökuməti ilə Afrin razılaşması əsasında baş verib.

Suriya tərəfi heç bir rəsmi açıqlama verilməyib.