Rusiya Hərbi Dəniz Donanmasının iyirmi gəmisi Xəzər dənizində təlimlərə başlayıb, hərbi gəmilər təlim çərçivəsində "Kalibr-NK" raket komplekslərindən atəş açacaqlar. Shafaqadogru.com oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya ordusunun Cənub hərbi dairəsinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər. "Dənz poliqonlarında hərbi-təlim əməliyyatlarını ümumilikdə 20 hərbi gəmi, kater, o cümlədən də "Dağıstan" raket gəmisi, "Qrad Sviyajsk", "Velikiy Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk" və "Mahaçkala" kiçik artilleriya gəmiləri yerinə yetirir", - məlumatda deyilir. Gəmi heyətləri dəniz, sahil və hava hədəflərinə raket və artilleriya komplekslərindən, əsasən də "Kalibr-NK" raket kompleksindən, eləcə də A-190 və "Duet" artilleriya qurğularından atəş açacaqlar.