Şəfəqə Doğru » Gündəm » Gömrüyün yeni şefi anons etdi: ciddi dəyişiklik…

Gömrüyün yeni şefi anons etdi: ciddi dəyişiklik…

Gömrüyün yeni şefi anons etdi: ciddi dəyişiklik…
Gömrük Komitəsində struktur və kadr islahatları olacaq.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni-yeni islahatları labüd hesab edir:
"Gömrük orqanlarında şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşmasında yaxından iştirakındakı çatışmazlıqların aradan qaldırılması məqsədilə bir çox islahatlar aparılacaq. Eləcə də bizim ciddi kadr islahatlarımız olacaq. Gələcəkdə hesab edirəm ki, həm biznes camiəsinin nümayəndələri, həm də gömrükçülər fəaliyyətlərinui qanunla daha mükəmməl tənzimləyəcvəklər”.
Səfər Mehdiyev qeyd edib ki, qanunsuz əməllərin qarşısı qətiyyətlə alınır:
"Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və Prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”.