Bu
gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların,
Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı
keçirilib.
Bunu "Report.az" saytına Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.
Onun
sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa
və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat
Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad
olunublar.
N.Novruzov