Şəfəqə Doğru » Gündəm » "Ermənilərin hazırladığı videonu görüb əsəbiləşdim" - Xatirə

"Ermənilərin hazırladığı videonu görüb əsəbiləşdim" - Xatirə

"Ermənilərin hazırladığı videonu görüb əsəbiləşdim" - Xatirə
"Çox istəyərdim ki, Səmra ifasının əvvəlində olan dəniz kənarında və bəzi yerlərdəki görüntülərdə tar kamanı, milli geyimi və təndir çörəyimizi göstərərdi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "Eurovision” təmsilçimiz Səmra Rəhimli ilə bağlı fikirlərini bölüşərkən deyib. O, ifaçının milli adət-ənənələrə az yer verməsindən şikayətlənib:

"Orada samovar çayımızın, xalça-palazımızın və başqa milli adətlərimizin olacağı çarx çəkdirərdi. Çox heyif... Bu işlə məşğul olmaq vacib idi. Mən şəxsən ermənilərin ifadan əvvəlki çarxında yuxa yaymaqlarını görüb, çox əsəbiləşdim. Axı niyə biz olanlarımızı gizlədirik? Kimdir buna mane olan? Bəlkə içimizdə kimlərsə var, yavaş-yavaş bizi içəridən yeyir?”.