Şəfəqə Doğru » Gündəm » Qatarla toqquşan marşrutun sürücüsü narkoman çıxdı - Bakının nəqliyyat sahəsi təhlükə saçır, BNA isə...

Qatarla toqquşan marşrutun sürücüsü narkoman çıxdı - Bakının nəqliyyat sahəsi təhlükə saçır, BNA isə...

Qatarla toqquşan marşrutun sürücüsü narkoman çıxdı - Bakının nəqliyyat sahəsi təhlükə saçır, BNA isə...
Dünən Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Shafaqadogru.com Azxəbər.com-a istinadla xəbər verir ki, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. 

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. Dünənsə baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu "Ayşən" MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, bir nəfər 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Maraqlıdır, sürücülərə, marşrutların fəaliyyətinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi bu kimi çoxsaylı nöqsan və problemlərə niyə göz yumur? Niyə BNA rəsmiləri nöqsanları qabardan vətəndaşları az qala şantaj etməyə cəhd edir? Nədir bu marşrut xətlərinin sahiblərinin qarşısındakı gözükölgəliyin səbəbi?