BMT dünya ölkələrində əhalinin sayı ilə bağlı növbəti hesabatla çıxış edib.
Modern.az təşkilata istinadən xəbər verir ki, Ermənistanda əhalinin sayında kəskin azalma müşahidə olunub. Belə ki, 2018-ci ilin ilk 6 ayında ölkə əhalisi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 10 min nəfər azalaraq 2 milyon 969 min 800 nəfərə düşüb.
"İlin ilk yarısında Ermənistanda 16 min 198 körpə doğulub. Halbuki, 2017-ci ilin ilk 6 ayında doğulan körpələrin sayı 17 min 170 nəfərə çatırdı. Regiona ölkələri ilə müqayisədə Ermənistanda ən aşağı doğum göstəricisi müşahidə olunur”.