Şəfəqə Doğru » Gündəm » Trampdan etiraf: “Mən millətçiyəm”

Trampdan etiraf: “Mən millətçiyəm”

Trampdan etiraf: “Mən millətçiyəm”

ABŞ Prezidenti Donald Tramp özünü millətçi adlandırıb.

 

Shafaqadogru.com  xəbər verir ki, o, bunu Texasda keçirilən mitinqdə çıxışı zamanı deyib.

"Bilirsiniz ki, müəyyən mənada köhnə dəbli olsa da, "millətçi” deyilən bir söz var. Bilirsinizmi mən kiməm? Mən millətçiyəm. "Millətçi” sözündən istifadə edin”, – deyə o bildirib.

O, çıxışı zamanı yenidən öz hökuməti üçün hər şeydən əvvəl Amerikanın maraqları olduğunu deyib. Qlobalistləri tənqid edən Tramp demokratların onları hakimiyyətə geri qaytarmaq istədiyini deyib:

"Siz qlobalistlərin kim olduğunu bilirsinizmi? Qlobalist - dünya üçün hər şeyin yaxşı olmasını istəyən, amma öz ölkəsinin qayğısına qalmayan adamdır. Bizə bu yaraşmır”.