"Eurovision – 2016” qalibi Camalanın anası Qalina Tumasova Rusiyanın Life.ru saytına özəl müsahibə verib.
Müğənninin anası qızının qələbə qazanacağına həmişə inandığını bildirib:
"Camala bu mahnı ilə "Eurovision”a getməməli idi. Ancaq onun "1944” mahnısı ilə təmsil edilməsinə qərar verildi. Milli seçim turlarında münsiflər mahnını eşidəndə göz yaşlarını saxlaya bilməyiblər. Qızımın qələbəsindən əmin idim, ona güvənirdim.
Q. Tumasova ailəsinin Ermənistandan deportasiya olunduğunu söyləyib:
"Camala deportasiya olunmuş bir ailədə böyüyüb. Eynən mənim kimi… Mənim atam Ermənistandan Orta Asiyaya sürgün olunub. Həyat yoldaşımın ailəsi də deportasiyaya məruz qalıb”.