Uzun illərdir ki, on mindən çox sakini, üç minə yaxın təsərrüfatı olan, Qazax rayonun Daş Salahlı kəndi mavi qaz problemi ilə üz-üzə qalmışdı.Bu respublikada 3-4 ən böyük kəndlərdən biri olan kəndin, əvvəllər iki tərəfdən magistral qaz xəttindən giriş xətti vardı.Ölkəmizdə bir neçə il qazın olmadığı zamanlar kəndin bir tərəfindən magistral xəttə qoşulmuş iki yüz mm-lik iki min altı yüz (2600) metr uzunluğunda boru xətti Qazax Qaz istismar idarəsi tərəfindən hansı səbəbdənsə, sökülüb götürülmüşdü. Kəndin digər tərəfindən yüz altmış mm-lik xəttdən gələn mavi qaz isə 2500 abonenti olan Daş Salahlı kəndinin ehtiyacını ödəmirdi.
Son iki ildə Qazax rayonuna İHB-sı təyin olunmuş Rəcəb Babaşov kənd əhalisinin müraciətinə müsbət reaksiya verərək ,aidiyyatı qurumlara ardıcıl müraciətlər etməklə, əvvəlki xəttin yenilənməsinə nail oldu.
Artıq bir aya yaxındır ki , Şəmkir Regional Qaz istismar idarəsinin rəisi Osman Beybudovun və baş mühəndis Qənimət Səmədovun təşəbbüsü ilə, eləcə də ,Qazax Xİdmət Sahəsi üzrə müavini İlkin Nəsibovun gərgin çalışqanlığı sayəsində Daş Salahlı kəndinə 200 mm-lik qaz borusu ilə mavi qazla təmin olundu.Çoxdanki arzusuna qovuşan kənd əhalisi,başda Azrəriqazın rəhbərliyi olmaqla,bu işdə zəhməti olanların hamsına öz dərin minnətdarlığıni bildirir.
Kənd camaatının indi yeganə ən böyük problemi yollarının asfaltlanmasıdır ki, onu da rayonun İHB-sı cənab Rəcəb Babaşov 2019-cu ilin əvvəlində çəkilişinə başlanacağına söz verib.
Neymət Novruzlu.