Şəfəqə Doğru » Gündəm » Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı

Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı

Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı

Fiziki şəxslərin şəxsi istehlak üçün xaricdən gətirə biləcəyi spirtli içki və siqaretin miqdarı azaldılıb.

"Shafaqadogru.com” xəbər verir ki, bununla bağlı baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edib.

<iframe class="adributor-resize" style="box-sizing: border-box; width: 639.984px; max-width: 100%; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>

Dəyişikliyə görə, qaydaların 2.1.10-cu yarımbəndində "3” rəqəmi "1,5” rəqəmi ilə və "600” rəqəmi "200” rəqəmi ilə əvəz edilib.

Qeyd edək ki, bundan əvvəl hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret gətirməyə icazə verilirdi. Dəyişikliklə bu limit endirilib.