Şəfəqə Doğru » Gündəm » Özəl təhsil müəssisələrin sayı artmalı, büdcə xərcləri azaldılmalıdır – Baş nazirin müavini

Özəl təhsil müəssisələrin sayı artmalı, büdcə xərcləri azaldılmalıdır – Baş nazirin müavini

Özəl təhsil müəssisələrin sayı artmalı, büdcə xərcləri azaldılmalıdır – Baş nazirin müavini

"Özəl təhsil müəssisələrinin sayının artırılmasına ehtiyac var”.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Azərbaycan müəllimlərinin XV qurultayında baş nazirin müavini Əli Əhmədov bildirib.

O, vurğulayıb ki dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrinin sayının artması büdcə yükünün azaldılması ilə yanaşı rəqabət mühitinin formalaşmasına səbəb olacaq.

Baş nazirin müavini onu da deyib ki, müxtəlif tədbirlərin görülməsinə baxmayaraq təhsil sahəsində neqativlər var: "Neqativlərin qarşısını almaq və inkişafı sürətləndirmək üçün təhsilin demokratikləşməsinə ehtiyac var”.