Şəfəqə Doğru » Gündəm » Şkaf 14 yaşlı qızın üstünə aşıb - Ağstafada

Şkaf 14 yaşlı qızın üstünə aşıb - Ağstafada

Şkaf 14 yaşlı qızın üstünə aşıb - Ağstafada

Azərbaycanda 14 yaşlı qız bədbəxt hadisə ilə üzləşib

 


Shafaqadogru.com  bildirir ki, Ağstafa Mərkəzi Rayon Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Gülsəfa Fərhad qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, 14 yaşlı qız şkafın üst rəflərindən birindən əşya götürmək istəyərkən həmin şkaf onun üstünə düşüb və Gülsəfa Hüseynova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.