Adjara PS qəzetində nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması barədə faktlar dərc olunub.
Shafaqadogru.com bildirir ki, Batumi şəhərindəki Baş Konsulluğundan lent.az-a verilən məlumata görə, Acarıstan Muxtar Respublikasinin nüfuzlu "Adjara P.S." qəzetinin 23-24 (753) saylı 17 may 2016-cı il tarixli tirajında "SOS - nüvə və radioaktiv materiallarının satışı faktları nəyə görə tez-tez baş verir" başlığı altında gürcü dilində geniş məqalə dərc olunub.
Məqalədə nüvə radioaktiv materialların qaçaqmalçılıqda Ermənistanın xüsusi rol oynaması, o cümlədən, 1999-2016-cı illər ərzində Ermənilərin iştirakı ilə pisniyyətli məqsədlərlə yüksək miqdarda nüvə və radioaktiv materialların satışı hadisələrinin aşkar olunması faktları qeyd edilib. Bu kimi halların bəşəriyyət üçün yüksək təhlükə yaratması gürcü oxucularının diqqətinə ətraflı şəkildə çatdırılıb.