Şəfəqə Doğru » Gündəm » QAZAXIN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU-SƏRƏNCAM

QAZAXIN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU-SƏRƏNCAM

QAZAXIN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU-SƏRƏNCAM

Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib. Sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə o, Yardımlı İcra hakimiyyətinə rəhbər təyin olunub.

Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədriArif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovun vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Yaxın saatlarda sərəncamın açıqlanacağı gözlənilir.