Şəfəqə Doğru » Gündəm » AĞSTAFADA BÜDCƏ VƏSAİTLƏRİN NƏZARƏT AŞAĞI SƏVİYYƏDƏDİR

AĞSTAFADA BÜDCƏ VƏSAİTLƏRİN NƏZARƏT AŞAĞI SƏVİYYƏDƏDİR

AĞSTAFADA BÜDCƏ VƏSAİTLƏRİN NƏZARƏT AŞAĞI SƏVİYYƏDƏDİR
Maliyyə şöbəsinin müdiri Qoşun Heydərov yerli məmurları incitməklə məşğuldur.

Rayonun icra başçısı Məhərrəm Quliyev bu şəxsin törətdiyi qanunsuzluqlara niyə göz yumur? Maliyyə Nazirliyinin yerli idarə və şöbələrində nöqsanların sayı hər keçən gün daha da artır. Maliyyə naziri Samir Şərifov bu sahədə bir sıra islahatların həyata keçirildiyini, işinə biganə münasibət göstərən şəxslərin cəzalandırıldığını desə də, vəziyyət hələ də ürəkaçan səviyyədə deyil. Bəzi rayonların maliyyə şöbələrində hökm sürən özbaşınalıqlar həmin rayonlara ayrılan büdcə vəsaitlərinin düzgün xərclənməsinə nəzarət imkanlarını xeyli azaldır. Bu baxımdan Ağstafa rayonu üzrə Maliyyə Şöbəsində də acınacaqlı vəziyyət hökm sürməkdədir.Shafaqadogru.com  Gundelik-baku.com-a istinadən xəbər verir ki, verilən məlumatlara görə, şöbənin müdiri Qoşun Heydərovun yarıtmaz fəaliyyəti və səriştəsizliyi rayonun maliyyə sektoruna öz mənfi təsirini göstərməkdədir. Məlumatlı mənbə bildirir ki, adıçəkilən şəxs əvvəllər Şəmkir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləyib. Lakin işində yol verdiyi ciddi nöqsanlara görə nazir Səlim Müslümov tərəfindən cəzalandırılıb: «Buna baxmayaraq, Qoşun Heydərov başqa bir vəzifəyə- Ağstafa rayonu üzrə Maliyyə Şöbəsinə müdir təyin olunmağı bacarıb. Deyilənə görə, bu işdə ona Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri köməklik göstərib. Bu adam maliyyə şöbəsinə müdir keçəndən sonra Ağstafada vəziyyət mənfiyə doğru dəyişib. Belə ki, dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafı məqsədilə, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinə ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənmir. Ağstafa rayonu üzrə büdcənin mədaxil və məxaric bölmələrinin icrası sahəsində işlər qənaətbəxş deyil. Keçən il Ağstafa rayonu üzrə maliyyə şöbəsi yerli gəlirlər üzrə proqnozu tələb olunan səviyyədə yerinə yetirə bilməyib. Bundan başqa, büdcədən maliyyələşən təşkilatlar üzrə əmək haqqı və sosial ayırmalar üzrə xeyli borc qalıb. Xəzinədarlıq sistemində şəffaflıq qorunmur». Mənbəmizin sözlərinə görə, Ağstafa rayonunun təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü xərclənmir. Ona görə ki, maliyyə şöbəsinin müdiri öz maraqlarını daha önəmli bilir: «Rayonda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi şöbə rəhbərliyi tərəfindən götürülür. Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Həmin vəsaitlərin silinməsi üçün təkcə maliyyə şöbəsinin müdirinin deyil, həmçinin Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də "əməyi» var. Bunun da nəticəsində külli miqdarda vəsait rayonda söz sahibi olan bir qrup məmur arasında bölüşdürülür. Bu məsələdə əsas günahkar isə maliyyə şöbəsinin müdiri Qoşun Heydərovdur. Ağstafada fəaliyyət göstərən təşkilatlar, qurum və idarələr bu adamın əməllərindən cana doyublar. Çünki maliyyə şöbəsinin taprışığı ilə büdcədən maliyyələşən yerli təşkilatların hər biri il ərzində bir neçə dəfə Qoşun müəllimin istəklərini yerinə yetirməlidir. Əks halda, maliyyə şöbəsinin müdiri yerli-yersiz yoxlamalar təşkil edərək müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün ona nəysə verirlər. Digər tərəfdən, rayonda sahibkarlıq subyektlərində yoxlamalar aparılan zaman qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmur, yoxlamalar əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmır. Həmçinin yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin edilmir. Bu isə sonda sahibkarlarların qanunvericlikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olur». Əldə etdiyimiz məlumatda bildirilir ki, Qoşun Heydərov bir tərəfdən nazirlikdəki adamına arxayındırsa, digər tərəfdən rayonun icra başçısı Məhərrəm Quliyevin himayəsinə bel bağlayır. İddialara əsasən, şöbə müdiri bəzi maliyyə əməliyyatlarını məhz rayon rəhbəri ilə razılaşdırdıqdan sonra həyata keçirir. Bu məsələnin təfərrüatı barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
AĞSTAFADA BÜDCƏ VƏSAİTLƏRİN NƏZARƏT AŞAĞI SƏVİYYƏDƏDİR
AĞSTAFADA BÜDCƏ VƏSAİTLƏRİN NƏZARƏT AŞAĞI SƏVİYYƏDƏDİR
Conflict.az