Şəfəqə Doğru » Gündəm » ERMƏNİ ƏRİNDƏN OLAN OĞLUNU BAKIYA GƏTİRMƏK İSTƏYƏN QADIN KİMDİR?- FOTO

ERMƏNİ ƏRİNDƏN OLAN OĞLUNU BAKIYA GƏTİRMƏK İSTƏYƏN QADIN KİMDİR?- FOTO

ERMƏNİ ƏRİNDƏN OLAN OĞLUNU BAKIYA GƏTİRMƏK İSTƏYƏN QADIN KİMDİR?- FOTO

Bu gün səhər saatlarında bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə buraxılmır. Xəbərə görə, bu insident haqda uşağın anası, Kristina adlı rusiyalı turist sosial şəbəkədə məlumat yayıb. Uşağın anası və atalığı rus familiyası daşıyır. Uşaq isə atasının – Ruben Vardanyanın familiyasını daşıyır.

Bildirilir ki, Bakı aeroportunun sərhəd xdmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü – Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb. Kristina yazıb ki, onlar hazırda yekun qərarı və pasportlarının verilməsini gözləyir.
Musavat.com dəqiqləşdirib ki, uşağın anası Rusiyanın tanınmış qənnadçısı və fotoqrafı Kristina Konstantinovadır. O, "Sweetslab” layihəsinin yaradıcısıdır.

Kristina Konstantinova əvvəllər Ruben Vardanyan adlı erməni ilə ailəli olub. Bakıya buraxılmayan Luka Vardanyanın atası da Ruben Vardanyandır. Sonra Kristina Konstantinova boşanıb və başqa şəxslə ailə qurub. Ruben Vardanyan-Kristina Konstantinova cütlüyünün övladı anada qalıb.

Bu gün isə Kristina Konstantinova ikinci əri və ilk ailəsindən olan övladı ilə Bakıya gəlib. Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının sərhəd-keçid məntəqəsində 8 yaşlı Luka Vardanyan saxlanılıb.

Məlum olub ki, azyaşlı Bakıya atasının razılığı olmadan gətirilib. Halbuki, 18 yaşınadək şəxslər bir ölkədən digər ölkəyə mütləq valideynlərinin hər ikisinin razılığı ilə aparıla bilər.

Kristina Konstantinova və erməni mətbuatı məsələnin 8 yaşlı Luka Vardanyanın erməni soyadı ilə bağlı olduğunu iddia etsə də, Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri bunu təkzib edirlər.

Onlar bildiriblər ki, Azərbaycan sülhpərvər dövlətdir və sərhədçilər Luka Vardanyanı ölkəyə buraxmağa hazırdırlar: "Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır”.

Qeyd edək ki, Kristina Konstantinova İnstagram-da erməni mətbuatının istinad etdiyi paylaşımı artıq silib.
Erməni ərindən olan oğlunu Bakıya gətirmək istəyən qadın kimdir?- FOTO
Erməni ərindən olan oğlunu Bakıya gətirmək istəyən qadın kimdir?- FOTO