Şəfəqə Doğru » Gündəm » Güclü küləyin Azərbaycanda yaratdığı fəsadlar - VİDEO

Güclü küləyin Azərbaycanda yaratdığı fəsadlar - VİDEO

Güclü küləyin Azərbaycanda yaratdığı fəsadlar - VİDEO
Dünən axşam saatlarında Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunub.

Shafaqadogru.com  xəbər verir ki, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib. Bəzi yerlərdə işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb, bir binanın dam örtüyü dağılıb, bir neçə ağac aşıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb./Report/